Aktual: "Hazzard hamı üçün deyil"

Müəllif: --------------- 06-01-2017

v class="wpb_text_column wpb_content_element">

 

 
Aktualın müsahibi, Rafiq Hunaltay "Hazzrad" energetik içkisindən danışdı.
 
 "Hazzard” içkisi niyə "hamı üçün deyil” sloqanı ilə satılır?
 
Hər şeydən əvvəl bildirim ki, hər bir brendin brend nüvəsi olmalıdır. Orada onun xarakteri əks olunur. Hamı üçün deyil – Hazzard üçün xarakterdir. Bəli, Hazzard hamı üçün deyil. Ona görə ki, bizim brend gücümüz bütün kommunikasiyalarda hamıya hədəflənməməyimizdir. Brend güclü xarakteri olan, hər kəsin ona oxşamaq istədiyi, çox vaxt isə bunun mümkünsüz olduğunu bilə-bilə oxşamaq istədiyi tiplər üçündür. Özünü kifayət qədər güclü hiss edən, güclü xarakterə malik insanlar üçündür. Bundan da əlavə enerji içkiləri həqiqətən də hamı üçün deyil. Zəif insanlar, hamilə xanımlar, uşaqlar və ən əsası bəlli xəstəlikləri olan adamlar üçün məsləhət görülmür. Bu da bizim konseptin ikinci izahı. 
 
 "Hazzard”ın digər energetik içkilərdən fərqi nədir?
 
Bu bizim fəlsəfəmizdir. Məsələ onda deyil ki, qiyməti hamı üçün münasibdir. Qiymət bizim siyasətimizdə ən alt kriteriyadır. Biz bazarda eyni qiymətə satılan enerji içkilərindən öz brend mövqelənməmizə görə fərqləndiyimizi düşünürük. Və bütün işimiz də hər keçən gün bu mövqelənməni daha da gücləndirməkdir. Bugün bir çox enerji içkiləri demək olar ki, öz mövqelənməsini o qədər şaxələyiblər ki, artıq kimə xitab etdiklərini dəqiqləşdirə bilmirlər. Digər bir qisim isə öz reklamlarında sanki parfum reklamı göstərir. Brendin xarakterini göstərən çox az sayda dünyaca məşhur enerji içkiləri var. Azərbaycanda isə bu işə önəm verən enerji içki brendi yoxdur. Biz bu boşluqdan yaxşı istifadə etmişik. İlkin nəticələr də satışda özünü istənilən səviyyədə göstərdi. Yaxın müddətdə bazarda önəmli mövqeyə gələcəyimizdən əminik.
 
Gülər Mehidzadə
 
Müəllif: --------------- 06-01-2017

Yazarlar

  • Orxan Mirzəyev

    Orxan Mirzəyev

    Yeni məhsula aid marketinq strategiyaları

    Ətraflı
  • Nicat  Manafov

    Nicat Manafov

    FƏRQLİ SOSİAL

    Ətraflı
  • Şahin  Əkbər

    Şahin Əkbər

    Marketinq Araşdırmalarında Analiz Proqramı- SPSS

    Ətraflı

Yeniliklərə abunə ol

Web səhifəmizdə olan yeniliklərdən xəbərdar olmaq istəyirsiniz? o zaman e-mail ünvanınızı daxil edib abunə olun.