Tarixin ən sürətli smartfonu gəlir

Müəllif: --------------- 10-01-2017

Tayvanın “TSMC” şirkətinin 10 nanometrlik yarımkeçirici məhsullarının kütləvi istehsalına yenicə başlamasına baxmayaraq, artıq 7 nanometrlik texnoloji prosesi təcrübi istehsala çatdırmaq niyyətindədir. Bu isə o deməkdir ki, “Apple” şirkətinin 2018-ci ildə təqdim edəcəyi “iPhone 8s” modeli istifadəçilərə misilsiz hesablama gücü təklif edə bilər.

XəzərXəbər “Macdigger” resursuna istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, “TSMC” şirkətinin konveyerlərindən buraxılan 7 nanometrlik yarımkeçiricilərin xüsusiyyətləri “Intel” şirkətinin 10 nanometrlik həllərinin xarakteristikalarına yaxın olacaq.

Yeddi nanometrlik texnoloji prosesə gəldikdə, məlumatlı mənbələrin bildirdiyinə görə, şirkət belə məhsulun istehsalı üçün rəqəmli layihələrin qəbuluna bu ilin ikinci rübündə başlayacaq.

Şirkət 7 nanometrlik yarımkeçiricilərin kütləvi istehsalına 2018-ci ilin birinci rübündə başlamağı planlaşdırır. Cari ildə “iPhone” istehsalçısı “Apple A11” istehsal xəttindən olan 10 nanometrlik prosessorlar üçün sifarişlər verəcək. Beləliklə, bir ildən sonra Tayvan istehsalçısı “Apple” şirkətinə daha mükəmməl texnoloji proses üzrə yarımkeçiricilərin buraxılışını təqdim etməyə hazır olacaq.

Qeyd edək ki, “TSMC” ABŞ istehsalçısı üçün əsas prosessor tədarükçüsü rolunda bu yaxınlarda çıxış etməyə başlayıb. “Apple” şirkətinin tərəfdaşının zavodlarında 7 nanometrlik prosessorların buraxılışına maraq göstərəcəyi isə istisna edilmir.

Müəllif: --------------- 10-01-2017

Yazarlar

  • Orxan Mirzəyev

    Orxan Mirzəyev

    Yeni məhsula aid marketinq strategiyaları

    Ətraflı
  • Nicat  Manafov

    Nicat Manafov

    FƏRQLİ SOSİAL

    Ətraflı
  • Şahin  Əkbər

    Şahin Əkbər

    Marketinq Araşdırmalarında Analiz Proqramı- SPSS

    Ətraflı

Yeniliklərə abunə ol

Web səhifəmizdə olan yeniliklərdən xəbərdar olmaq istəyirsiniz? o zaman e-mail ünvanınızı daxil edib abunə olun.