Üç ekranlı noutbuk yaradıldı

Müəllif: --------------- 09-01-2017

ABŞ-ın "Razer" şirkəti "CES 2017" beynəlxalq sərgisində özünün yeni "Project Valerie" noutbukunu nümayiş etdirib.

Noutbuk "G-Sync" texnologiyasını dəstəkləyən 3 ekrana malikdir. Cihaz "Nvidia GeForce GTX 1080" video kartı ilə təmin edilib. Üç displeyin hər biri 17,3 düym diaqonala malikdir.
 
"Razer" şirkətinin mühəndislərinin sözlərinə görə, əlavə displeylər istifadəçilərə xidmətdə heç bir narahatlıq yaratmayacaq.
 
"Project Valerie" nəinki oyun oynamaq üçün, videoların işlənməsi üçün də rahat şərait yaradır. Hər üç displey eyni anda fəaliyyət göstərir.
 
Noutbukun qalınlığı 4 santimetr, çəkisi isə 7 kiloqram təşkil edəcək. Yeni məhsulun bu il bazara çıxarılacağı gözlənilir.

 

Müəllif: --------------- 09-01-2017

Yazarlar

  • Orxan Mirzəyev

    Orxan Mirzəyev

    Yeni məhsula aid marketinq strategiyaları

    Ətraflı
  • Nicat  Manafov

    Nicat Manafov

    FƏRQLİ SOSİAL

    Ətraflı
  • Şahin  Əkbər

    Şahin Əkbər

    Marketinq Araşdırmalarında Analiz Proqramı- SPSS

    Ətraflı

Yeniliklərə abunə ol

Web səhifəmizdə olan yeniliklərdən xəbərdar olmaq istəyirsiniz? o zaman e-mail ünvanınızı daxil edib abunə olun.