Sən də marketoloqsan? – Yox,mən satanistəm!

Müəllif: Tural Fətullayev 09-01-2017

İdea gözəldi,amma satmır! Marketing necə satışa çevrilir?

-Əksər marketing mütəxəsislərindən nədə çətinlik çekirsən deyə soruşulduqda %20’si marketing aktivlərini satışa çevirmək olduğunu deyir.
Bu hallarla başda özüm olmaqla çox qarşılaşmışıq idea gözəldir,kreativdir çox sağolun amma satmır.Bir şeyi unutmamaq lazımdırkı sahibkarı sizin nə qədər yaradıcı və çılğın düşüncəyə sahib olmağınız maraqlandırmır.Satsın yetər!Bir söznən “satanist”olmaq lazımdır.Kreativ olacam deyə çoxda şey eləmiyin.Çox kreativ olmaq lazım deyil.Dəyərli Ceo-lardan biri işə qəbul zamanı müsahiblərinə nə qədər yaradıcısan sualını verir?.Hər kəs çox yaradıcıyam,hətta versən ..oxdan konfetdə düzəldərəm cavabını verməyə cəhd edir,bu sualın ən düzgün cavabı ehtiyyac olan qədər,tələb olunan qədər yaradıcıyamdır.Bəs nə qədər satansan sualını versələr?..Bax uje burda sözün əsil mənasında özünüzü buraxın,bacardığınız qədər satın,ilk növbədə özünüzü.(Yaxşı mənada)
RQ Əhmədovun vurğuladığı kimi satın, bacardığınız qədər hər şeyi satın.Hətta bacarırsınızsa dostunuzu,ətrafınızda satın.Sizdən,bizdən,məndən və ya hər kimsənsə yalnız bu tələb olunur.
Adını unutduğum dəyərli yoldaşlardan biri facebookda marketoloqlarnan bağlı çox maraqlı bir tədqiqat bölüşmüşdü.Xatırladığım qədərini bölüşürəm: Bir şirkətdə satışlar zəif gedirsə bu marketoloqun günahıdır,yaxşı gedirsə bu satış kamandasının işidir!

-Belə olan halda marketinqin satışa çevrilmə mövzusunu daim göz önündə bulundurmalıyıq.Bunun üçün özümündə real praktikada tətbiq etdiyim 3 qaydanı sizlərnən bölüşəcəm!
1.Fayda– Potansial müştərilərinizlə ilk görüş zamanı satış odaklı deyil fayda,xeyir odaklı olun.İlk əlaqədən sonra ikinci həmlədə sizdən gəlməlidir,birinci əlaqədən aldığınız reaksiyalara əsasən bir strategiya qurun.Yəni satışınızı şəxsiləşdirin!

2.Həll və dəyər-Məhsul deyil çarə satdığınızı anladın!Qiymət deyil,dəyər odaklı olun.Müştəriyə “nəyə görə ?” sualını verməyə imkan verməyin.
Burada biraz pis çıxsada müştərinin nə hiss etdiyi önəmli deyil,nə hiss etdirdiyiniz önəmlidir.Məsələn götürək online yataq satışı ilə məşqul olan bu markanın sosial media üzərindən potensial müştərilərinə olan müraciətini.”Biz yataq satmırıq,gözəl və sağlam yuxu satırıq”. Demək istədiyim tamda budur!

3.Hekayə–    Nə boş-boş danışırsan ciddi işnən məşğuluq burda satış,biznes zad nə nağılı ?! – deyə deməyin!
Tam ciddiyəm, hekayələr müştərilərimizlə aramızda duyğusal bağlar yaratmaq üçün ən önəmli resusrlardan biridir.Doğru hekayələrlə birləşdirilmiş marketing hər zaman geri dönüşüm faizlərini artırır.
Dəmək istədiyim həyat sığortası satışı ilə məşğul olan markanın etdiyidir.

Nə qədər qəribə görünsə də, təhlükəli peşələrin və iş yerlərinin sırasına müəllimlik peşəsini də əlavə etmək olar. Bunu faktlar deyir.
2015-ci ildə Gəncə Dövlət Universitetinin müəllimi peşə xəstəliyi ilə bağlı “PAŞA Həyat” şirkətinə müraciət edib. Araşdırma zamanı məlum olub ki, müəllimin boğaz qırtlağının iki tərəfinin parezi (iflici) baş verib.
Buna səbəb isə müəllimin tələbələrə dərsi izah edərkən yüksək səslə danışması olub.
Nəticədə, müəllim əmək qabiliyyətinin 60%-ni itirib və ona “PAŞA Həyat” tərəfindən 22 000 manat sığorta ödənişi verilib. #olmushadise<

Müəllif: Tural Fətullayev 09-01-2017

Yazarlar

  • Emil Adışov

    Emil Adışov

    Kimya Sektorunda Satınalma

    Ətraflı
  • Qələndər Məmmədli

    Qələndər Məmmədli

    2016-cı İlin Sözü...

    Ətraflı
  • Mustafa  Namazlı

    Mustafa Namazlı

    İmtahana hazırlaşmağın 5 qızıl qaydası

    Ətraflı

Yeniliklərə abunə ol

Web səhifəmizdə olan yeniliklərdən xəbərdar olmaq istəyirsiniz? o zaman e-mail ünvanınızı daxil edib abunə olun.