Onları tanımalısız… (ikinci yazı)

Müəllif: İlkin Manafov 08-01-2017

Bugün Marketinq Azərbaycan Qrupunun təşkilatı ilə, ölkənin aparıcı marketoloqlarının yeni il şənliyi oldu. 2017-ci ilin daha müsbət olması üçün, əlbəttə marketoloqların birlikdə olması çox vacibdir. Hər il olduğu kimi, bu ildə biz marketoloqları bir araya yığa bildik. Tədbir zamanı bir məsələ diqqətimi çəkdi – tədbiri tam olaraq AİRçilər aparırdı. Tədbirdən ilhamlanaraq silsilə olaraq düşündüyümüz ikinci yazını Sizlərə təqdim etmək istəyirəm… onları tanımalısınız – AİRçi məzunlar…

Daha əvvəl biz 5 AİR məzunu barədə yazmışdıq və söz vermişdik ki, bu yazılar silsilə xarakterli olacaq, beləliklə başlayaq növbəti 5liyi Sizlərə təqdim edək…

Səfər Aslanov. Səfər Marketinq AİR məzunu olmaqla yanaşı son dərəcə zəhmətsevər və kreativ dostumuzdur. Ölkəmizdə CRM istiqamətində ixtisaslaşmaqla yanaşı, marketinq aktivlikləri ilə sözün tam mənasında göz doldurur. Hal-hazırda İslam oyunlarında aparıcı menecerlərdən olan AİRçi dostumuz, paralel olaraqda təlimçi-konsultant kimidə xidmətlər göstərir.

Həmçinin Səfərin şəxsi bloqu var. Düzdür, aktiv deyil, amma inanıram ki, bir-az iradəli  və səbrli olsa, öz üzərində işləsə bloqu məhşurlaşa bilər, çünki yazdığı kontent maraqlıdır.

Rahidə Hümbətova. Gənc AİRçi xanım, dostumuzun dünya görüşünə qibtə etmək olar. Bizim bir çox tədbirlərdə Rahidə öz bilik, bacarığı ilə sözün məcazi mənasında “xilas edici” rolunu oynayır. Bu yaxınlardə mən Rahidəyə MBA çərçivəsində mühazirədə demişəm… Sizdən nə gizlədim qrupda ən kreativ tələbəmiz idi. Bəlkədə bundan AİR-də rolu var. Bəlkədə yoxdur, amma biz Rahidə ilə fəxr edirik.

Hal-hazırda Hyuindai şirkətində işləyən AİRçi dostumuz yaxşı icra qabiliyyətinə görə istənilən kollektivin gözü ola bilir.

Təhminə Həmidli. Wento Telekomda marketoloq olaraq çalışan Təhminə xanım, tam bir AİR məzunu xarakterindədir. Çalışdığı şirkətdə işlərin aparılması ilə paralel, Marketinq AİR təlimləri çərçivəsində aktivliklərimizdə iştirak edir. Bizim AİR-in əməliyyat meneceridir demək olar ki… həmçinin Təhminə bizim son tədbirlərdə aparıcı qismindədə çıxış etdi, son dərəcədə yaxşı formada.

Əgər əlinizdə bir layihə varsa, bunun üçün Sizə savadlı, bilikli, enerji adam lazımdırsa, deməli Sizə Təhminə xanım lazımdır. Çox həvəsli olması, işin yüksək səviyyədə həyata keçiriləcəyinə zəmanət verir.

Cabir Suleymanlı. Çox sevindirici haldır ki, Marketinq AİR məzunları arasında ixtisasca marketoloq olmayanlarda var. Bu həqiqətəndə doğru gərardır. Birinci ona görə marketinqin baza prinsiplərini bilmədən biznesi başa düşmək olmur, ikinci ona görə ki, bizim həyatımızın hər bir anında marketinqə ehtiyyac var. Cabir bəy, ixtisasca HR olsada AİR məzunudur. Bəlkə elə buna görə Milli Marketinq Forumundan ilhamlanaraq, Milli İnsan Qaynaqları Forumunun təşkilatçılarından biridir. Butün hallarda çox sevindici haldır ki, Marketinq AİR məzunu digər sahələrdədə aktivliklə edirlər, Forumlar təşkil edirlər.

Cabir son dərəcə zəhmətkeş, öz üzərində işləyən AİRçi dostumuzdur. Sizdən nə gizlədim, bizim bəxtimizdən AİR məzunlarının hər biri, son dərəcə pozitiv və zəhmətsevər olurlar. Bu superdir. Bu bizim AİR-i daha güclü edir.

Suraya Verdiyeva. Suraya xanım, Əmrahbankda marketinq üzrə aparıcı menecerlərdən biridir. Son dərəcə pozitiv aurası olmaqla yanaşı, Suraya öz üzərində daim işləyən AİRçi məzunlarımızdandır. Hal-hazırda Suraya öz iş yerini dəyişmişdir – Aquavita şirkətinin marketinq direktorudur. Bu bizi çox sevindirir, çünki hər bir AİR məzunun uğuru əslində bizim uğurumuzdur. Marketinq AİR məzunları ilə biz hər zaman fəxr etmişik. Onların uğurları bizə güc verir.

Suraya xanım, istər marketinq bilikləri, istərsədə insani xüsusiyyətlərinə görə son dərəcə müsbət adamdır və biz inanırıq ki, tezliklə bu məzunumuzun səsini dahada yüksəklərdən eşidəcəyik. Bu arada, Suraya bir dəfə mənə çox böyük bir yaxşılıq edib. AİR məzunlarımız bizi hər yerdə dəstəkləyirlər. Nə gizlədim, bu bizim üçün ikiqat fərəhdir!

Əziz oxucu, biz bu yazıları silsilə olaraq davam etdirəcəyik. AİRçi məzunların uğurlarından danışmaqdan şirin nə ola bilər?!)

İlkin Manafov

Müəllif: İlkin Manafov 08-01-2017

Yazarlar

  • Emil Adışov

    Emil Adışov

    Kimya Sektorunda Satınalma

    Ətraflı
  • Qələndər Məmmədli

    Qələndər Məmmədli

    2016-cı İlin Sözü...

    Ətraflı
  • Mustafa  Namazlı

    Mustafa Namazlı

    İmtahana hazırlaşmağın 5 qızıl qaydası

    Ətraflı

Yeniliklərə abunə ol

Web səhifəmizdə olan yeniliklərdən xəbərdar olmaq istəyirsiniz? o zaman e-mail ünvanınızı daxil edib abunə olun.