ŞOU Biznesin Marketinqi

Müəllif: Qədir Davudov 10-01-2017

Mədəni fərqliliklər marketinq prosesinin tətbiqini də rəngarəng edir. Cəmiyyətin əksər hissəsinin həyat tərzi və davranışlarından tutmuş istehlak vərdişlərinə qədər təsir edən mədəniyyət amili marketinqin bütöv bir şəkildə ona uyğunlaşdırılmasını tələb edir. Əks halda diqqət mərkəzindən kənarda qalan bütün fəaliyyətlər hər nə qədər mükəmməl hazırlansa da, uğursuzluğa məhkumdur. Bu mədəni fərqliliklər də makro səviyyədə Qərb-Şərq-Afrika kimi, və ya Müsəlman-Xristiyan-Ateist kimi, yaxud da İnkişaf etmiş-İnkişafda olan-Üçüncü dünya kimi ümumiləşdirilmiş formalarda səciyyələndirilə bilər. Elə dünya xəritəsini qabağımıza qoyub bu mədəniyyətləri özündə ehtiva edən cəmiyyətləri geniş formada araşdırsaq, buradakı fərqlilikləri və həmin cəmiyyətləri cəlb etmək üçün müraciət edilən marketinq metodlarınının rəngarəngliklərini aydın formada görə bilərik. Təbii ki, bunları yazmaq üçün cild-cild ensklopediyalar nəşr etdirmək lazımdır. Ona görə də, bu söhbəti burada bağlayıb keçirəm öz cəmiyyətimizə. 

Улыбаюсь Bilirəm, oxuya-oxuya fikirləşənləriniz olur ki, “bu indi bizi hansı mədəniyyətə calayacaq? Axı bizdə hamısından var…” Bu səbəbdən də, ikinci cümlədə “Cəmiyyətin əksər hissəsi” söz birləşməsinə yer verdim.

Əlqərəz… Bizim içində olduğumuz cəmiyyət (hər nə qədər qərb düşüncəli insanlarımız çox olsa da) əsasən Şərq mədəniyyətini əhatə edir. Yəni, biz əzilənin yanında olub onun qalib gəlməsini istəyən, varlının qabağında dik durub onu sındıran qəhramanı gözləyən, qısa vaxtda uğur əldə edənində müvəffəqiyyətində “bit yemi” axtaran bir mədəniyyəti təmsil edirik… Bizim kültürümüzdə mübahisə edən, savaşan daha çox marağa səbəb olur… Çünki, bizim Qaçaq Nəbi, Qoç Koroğlu kimi, güclülərlə mübarizə aparan qəhramanlarımız olub… Elə buna görə də, şou biznes, meyxanalar, siyasi qalmaqallar, müharibələr, atmacalar, həlli olmayan tənqidlər və s. cəmiyyətimizin diqqətini cəlb etmədə tez-tez istifadə olunur. Sizcə uğursuz olublar, yoxsa?

Bu o deməkdir ki, marketinqdə bizim kimi cəmiyyətlər üçün istifadə oluna biləcək əsas vasitələrdən ən önəmlisi şou-biznes tərzi marketinqdir. Əgər, tez və əziyyətsiz tanınmaq istəyiriksə, birisini gözümüzə kəsdirib ona ilişməliyik. Biraz ağızlaşma, söyüşmə, atmacalar atma… 

Axıra kimi belə gedən deyil ki, bir yerdə dayanacaq. Əsas tanınmaq və diqqət mərkəzində qalmaqdır. Tozu dumama qatıb iz itirməkdir. Zatən, davanı başladan ilk dinlənəndir, kiçik bir PR səni irəli aparacaqdır. Məsələ, tanınmaqdır. Buna mən həm də Mourinho və ya Ibrahimović özəntisi/sendromu da deyərdim. Bir iki sataşma onları mətbuata daşıyır və mütəmadi edilməsi artıq onların “şıltaq” olaraq adlandırılıb yola verilmələrini də təmin edir.

Bəs bu cür addım tanınmamış məhsulun uğur qazanmasına səbəb olurmu? ƏSLA! Atışmalara mövzu olmuş MB, BMW və Audi kimi şirkətlərə baxın, onlar uğurun müəyyən mərhələsindən sonra, sayğılı, amma amansız atışmağa başlayıblar. Ona görədir ki, yerli şou biznes icması kimi, parlamadan ölməyiblər…Улыбаюсь

Qədir Davudov

Müəllif: Qədir Davudov 10-01-2017

Yazarlar

  • Emil Adışov

    Emil Adışov

    Kimya Sektorunda Satınalma

    Ətraflı
  • Qələndər Məmmədli

    Qələndər Məmmədli

    2016-cı İlin Sözü...

    Ətraflı
  • Mustafa  Namazlı

    Mustafa Namazlı

    İmtahana hazırlaşmağın 5 qızıl qaydası

    Ətraflı

Yeniliklərə abunə ol

Web səhifəmizdə olan yeniliklərdən xəbərdar olmaq istəyirsiniz? o zaman e-mail ünvanınızı daxil edib abunə olun.