Facebook reklamları və idarəetməniz üçün pulsuz vasitələr

Müəllif: Samir Mehdi 09-01-2017

v class="entry-content">

Salamlar dostlar,
İlk öncə yeni ilinizi təbrik edir, hər birinizə bol-bol uğurlar arzu edirəm.

Xarici ödənişlərə 18%-lik ƏDV-dən sonra bir çox suallar gəldi mənə “bundan sonra necə edəcəyik” və s. tipli. Hər kəs fərqli yollar axtarışına başlayıb artıq, tapanlar da var 
Bu günkü yazıda Facebookda reklamlarınızda və səhifə idarəetmənizdə sizə kömək edəcək bir neçə pulsuz sayt barəsində məlumat verəcəm. Həm reklam nəticələrinizi yoxlamaq həm də səhifə idarəetməniz zamanı bu saytlar sizə çox kömək edəcək. Facebooku seçmə səbəbim isə ölkəmizdə bu şəbəkədən daha çox istifadə və reklam olunmasıdır.

Adespresso – Bu sayt vasitəsilə Facebookdakı reklam kampaniyalarınızı analiz edə, digər reklamlarınızla müqayisə edə və dolayısıla nələri işə yarayıb-yaramadığını mailinizə hesabat şəklində istəyə bilərsiz. Bununla da,harda səhv etdiyinizi və nələri düzəltməniz lazım olduğunu öyrənə bilərsiz.

adespresso

LikeAlyzer – Buradan siz səhifənizi “yoxlamadan” keçirdərək bəyənmə potensialını öyrənə bilərsiz. Postlarınızı incələyərək sizə təqdim olunan hesabatda hətta sizə bir neçə faydalı məsləhətlər də verirlər.

likealyzer

Canva   – Xüsusilə Photoshop proqramında işləyə bilməyənlər üçün ideal vasitələrdən biri. Buradan siz postlarınız üçün bir birindən maraqlı fotolar hazırlaya bilərsiniz.

canva

AgoraPulse – Vasitəsilə siz Facebookdan yarışmalar hazırlaya bilərsiniz. Buradan həm sorğu həm də foto müsabiqə hazırlaya bilərsiniz. Həmçinin yarışda iştirak edənlər arasında təsadüfü qalib də seçə bilərsiniz.

AgoraPulse

Samir Mehdi 

 

Müəllif: Samir Mehdi 09-01-2017

Yazarlar

  • Orxan Mirzəyev

    Orxan Mirzəyev

    Yeni məhsula aid marketinq strategiyaları

    Ətraflı
  • Nicat  Manafov

    Nicat Manafov

    FƏRQLİ SOSİAL

    Ətraflı
  • Şahin  Əkbər

    Şahin Əkbər

    Marketinq Araşdırmalarında Analiz Proqramı- SPSS

    Ətraflı

Yeniliklərə abunə ol

Web səhifəmizdə olan yeniliklərdən xəbərdar olmaq istəyirsiniz? o zaman e-mail ünvanınızı daxil edib abunə olun.