Dollara görə bütün dünya rahat nəfəs aldı

Müəllif: --------------- 06-01-2017

 

Federal Ehtiyatlar Sisteminin (FED) iki gün davam edən iclasın yekununda uçot dərəcəsinin dəyişməməsi ilə bağlı qərarı yekdilliklə qəbul edib.
 
Federal Ehtiyatlar Sistemi istisna etmir ki, uçot dərəcəsi bir müddət dəyişməz olaraq 0,25-0,5% səviyyəsində qalacaq.
 
FED rəhbərliyi bu il bir dəfə uçot dərəcəsinin artırılmasına qərar verib.
 
İclasın yekununa həsr olunan protokolda bildirilir ki, ABŞ-da işsizliyin səviyyəsi azalır, lakin azalma tempi zəifləyib.
 
Bundan başqa, FED 2016 və 2017-ci il üçün iqtisadi artım tempi ilə bağlı proqnozlarını azaldıb. Belə ki, bundan öncə bu il üzrə iqtisadi artım 2,2% səviyyəsində gözlənilirdisə, ABŞ Mərkəzi Bankı proqnozunu 2%-ə endirib. Bununla yanaşı, 2017-ci ildə iqtisadiyatın 2,1% böyüyəcəyi proqnozlaşdırılsa da, hazırda proqnoz 2% üzərində qurulub.
 
"Gözlənildiyinə görə, iqtisadi şərait uçot dərəcəsinin yalnız tədricən artırılmasına əsas verəcək. Ümumilikdə, uçot dərəcəsində dəyişiklik iqtisadi perspektivlərdən asılı olacaq”, FES-in məlumatında qeyd olunur. 
 
FES-in növbəti iclası iyulun 26-27-də keçiriləcək.

Müəllif: --------------- 06-01-2017